İki milyon barel neft daşıyan supertanker minaya düşdü

29.11.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında iki neft tankerinin dəniz minalarına düşərək partladığını və alovlandığını iddia edib.

Modern.az xəbər verir ki, İran tərəfinin məlumatına görə, gəmilər Tehranın gəmiçilik üçün bağlı elan etdiyi marşrutla hərəkət ediblər.

Tankerlərdən biri supertanker sinfinə aiddir və təxminən 2 milyon barel neft daşımaq tutumuna malikdir.

Hadisənin təfərrüatları və İranın iddiaları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью