İki mindən çox alim 2040 cı il üçün iqlim hədəfini gücləndirməklə bağlı Aİ yə çağırış edib…
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı (Aİ) 2040-cı il üçün iqlim hədəfini müəyyənləşdirməli olsa da, bir sıra üzv ölkələrdə buna qarşı müqavimət qalmaqdadır.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, 2 mindən çox avropalı alim, o cümlədən yüzlərlə almaniyalı tədqiqatçı Aİ dövlət və hökumət başçılarına məktub ünvanlayaraq elmi nəticələrə və Paris iqlim sazişinə sadiq qalmağa çağırıblar.
Hazırda Aİ-nin iqlim hədəfləri 2030-cu və 2050-ci illəri əhatə edir.
Aİ iqlim qanunvericiliyinə görə, 2040-cı il üçün də konkret hədəf müəyyən edilməlidir.
Avropa Komissiyası iyulda təklif edib ki, növbəti 15 il ərzində emissiyalar 1990-cı ilə müqayisədə 90 faiz azaldılsın.
Bunun bir hissəsi beynəlxalq iqlim sertifikatları ilə kompensasiya oluna bilər.
Alimlər vurğulayıblar ki, 90 faiz hədəfi təkcə siyasi qərar deyil, həm də Avropanın gələcəyini təmin etmək və insanların həyatını qorumaq üçün həyati zərurətdir.
Tam oxu
Xəbəri oxu