İki nazir arzuolunmaz şəxs elan edildi ŞOK QƏRAR

18.07.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Sloveniya hökuməti İsrailin iki yüksək rütbəli nazirini – Milli Təhlükəsizlik naziri İtamər Ben‑Gvir və Maliyyə naziri Bezalel Smotrich-i “arzuolunmaz şəxs” (persona non grata) elan edib.

Yenisabah.az xəbər verir ki, Sloveniyanın Xarici İşlər naziri Tanja Fajon bu qərarı iyulun 17-də açıqlayıb. Bildirilib ki, sözügedən nazirlər Qərb Sahilindəki zorakılığı və yəhudi məskunlaşmalarını təşviq etdiklərinə, habelə fələstinlilərə qarşı nifrət çağırışlarında olduqlarına görə bu addım atılıb.

“Bu şəxslərin çıxışları və hərəkətləri beynəlxalq hüququn prinsiplərinə ziddir. Onlar fələstinlilərə qarşı zorakılığı və nifrəti təşviq edirlər. Sloveniyanın mövqeyi birmənalıdır: bu cür davranışlara dözümlülük göstərilməyəcək”, – deyə Tanja Fajon bildirib. Marqarita pizza

Qərarla Ben‑Gvir və Smotrich-in Sloveniya ərazisinə daxil olması qadağan edilib. Beləliklə, Sloveniya Avropa İttifaqı daxilində bu iki nazirə fərdi sanksiya tətbiq edən ilk ölkə olub.

Qeyd edək ki, Sloveniya 2024-cü ilin iyun ayında Fələstini müstəqil dövlət kimi tanımışdı. Daha əvvəl isə Norveç, İrlandiya və İspaniya da oxşar addımlar ataraq Fələstinə dəstək vermişdi.

İsrail tərəfi hələlik Sloveniyanın bu qərarına rəsmi cavab verməyib.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью