İki nazirlik birgə müraciət yaydı KONKRET | Icma.az
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri yanğın hadisələrinin baş verməməsi üçün fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə bütün əhaliyə müraciət ünvanlayıb.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir: “Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür.
Azərbaycan da digər ölkələr kimi meşə yanğınlarından sığortalanmayıb.
İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, taxıl biçinindən sonra sahələrə od vuran fermerlərin, təbiət ərazilərinə yaxın kəndlərin sakinlərinin odla ehtiyatsızlığından və digər səbəblərdən baş verir.
İsti, quraq yay günlərinin və taxıl biçini mövsümünün başlaması yanğınların başvermə ehtimalını artırır və qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranır.
Fermerlərə, bələdiyyələrə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, vətəndaşlara müraciət edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, biçindən sonra sahələrə od vurmasınlar, kövşənləri yandırmasınlar.
Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz meşə yanğınlarına səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər.
Tam oxu
Xəbəri oxu