İki nəfər bıçaqlandı 22 yaşlı gənc tutuldu

21.12.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatalada 22 yaşlı gənc iki nəfəri bıçaqlamaqda şübhəli bilinir.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə saatlarında rayonun Faldarlı kəndi ərazisində baş verib.

1999-cu il təvəllüdlü Tural Səfərov və Emin Rüstəmova bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Vasif Kərimov saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Mübariz Muradov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью