İki nəfər dəm qazından öldü Foto

06.02.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masazır sakini dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Hüseyn Yasən oğlu Ramazanov qəsəbənin H.Z.Tağıyev küçəsi ev 3 ünvanında kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Oxşar hadisə Sumqayıt şəhər Corat qəsəbəsində də baş verib.

1990-cı il təvəllüdlü Əbülfəz Bayraməli oğlu Vahabov yaşadığı fərdi evdə dəm qazından boğularaq vəfat edib.

Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.

Fotoda Əbülfəz Vahabov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью