İki nəfər minaya düşərək öldü

24.07.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.

Sözügedən dövrdə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olmuş, onlardan 73 nəfəri həlak olmuş, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью