İki nəfər saxlanıldı Görün nə ediblər

14.01.2025

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Dələduzluq və oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb. 

Abşeron rayonu ərazisində bir nəfərə məxsus 5000* manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.

DİN-dən  "Sitat.info"ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Ş.Alxasov müəyyən olunaraq saxlanılıb. Bundan başqa paytaxtın Nizami rayonunda bir nəfərə məxsus bank kartından *560* manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı İ.Məmmədov da polislər tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью