İki nəfəri bıçaqlayıb qaçan tələbə saxlanıldı

20.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün 2 nəfərə bıçaqla xəsarət yetirərək qaçan Həsən Zaur oğlu Abdullasoylu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Axar.az xəbər verir ki, H.Abdullasoylu Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Fiziki tərbiyə müəllimliyinin ikinci kursunda təhsil alır.

Qeyd edək ki, saxlanılan şəxs ötən gecə aralarında yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Turan Aqşin oğlu Şirinov və 2005-ci il təvəllüdlü Yaqub Elnur oğlu Allahverdiyevə bıçaq zərbələri endirib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью