İki nəfərin əvəzinə bir dispetçer və səhv marşrut: ABŞ dəki aviaqəzanın səbəbi nə ola bilə…
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Vaşinqton yaxınlığındakı Ronald Reyqan adına hava limanı üzərində faciənin səbəbi h
Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times" dörd mənbəyə istinadən xəbər yayıb.
Bildirilib ki, hərbi helikopterin son yerləşməsi barədə təfərrüat hava gəmisinin təsdiqlənmiş marşrutu izləmədiyini və daha yüksəkdə uçduğunu göstərir.
Nəşrin əlində olan FAA-nın (ABŞ Federal Aviasiya Administrasiyası) daxili hesabatında isə deyilir ki, hava limanının növbətçi aviasiya dispetçeri adətən iki nəfərə həvalə edilən işi yerinə yetirib.
Qeyd olunub ki, aviaqəzadan üç il əvvəl elə həmin aeroportda təyyarə pilotları azı iki dəfə eniş zamanı helikopterlərlə toqquşma riski ilə üzləşiblər.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp da qəza ilə bağlı bəyan edib ki, faciənin qarşısını almaq mümkün idi.
Onun sözlərinə görə, "American Airlines" təyyarəsi ideal və adi eniş trayektoriyası ilə hərəkət edib, sadəcə helikopterin ekipajı kursunu dəyişməli idi.
Xatırladaq ki, yanvarın 29-da axşam "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub.
Tam oxu
Xəbəri oxu