İki nəfərin öldüyü ağır qəza: Yavaş sür, tikəmizi tapmayacaqlar Video

04.11.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göygöl rayonunda ölümlə nəticələnən ağır qəzanın görüntüləri yayılıb.

Ölkə.Az xəbər verir ki, avtomobilinin salonundan çəkilən kadrlarda 200 km/saat sürəti aşan sürücüyə davamlı olaraq "yavaş sür" deyilir. Hətta sərnişinlərdən biri "tikəmizi də tapmayacaqlar" söyləsə də, sürücü buna məhəl qoymur.

Nəticədə qəza baş verir və sürücü Elvin Məmmədov (1998), sərnişin Vüqar Alıyev (2009) hadisə yerində ölüblər. Digər sərnişinlər - Sənan Əsgərov (2008) və Tunar Süleymanov (2009) ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.

Qeyd edək ki, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir baryeri qıraraq aşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью