İki nəfərin öldüyü ağır qəzanın VİDEOSU

23.01.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 16-da Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.

Metbuat.az avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdən “Kia” və "Hyundai" markalı avtomobillərin ötüşməsi və bu zaman qəzaya uğramaları görünür.

Belə ki, yüksək sürət yığan avtomobillərdən biri prospektdəki piyadanı vurmamaq üçün manevr edərkən idarəetməni itirərək digər maşına çırpılıb. Onlar yol kənarındakı işıqlandırma dirəyini qıraraq yaşıllıq zonaya çıxıblar.

Hadisə zamanı “Kia” markalı avtomobil yanaraq yararsız hala düşüb, digər nəqliyyat vasitəsi də sıradan çıxıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью