İki nəfərin öldüyü qəzada sürücülər ötüşürmüş VİDEO

23.01.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 16-da Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.

"Cebheinfo.az" Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdən “Kia” və "Hyundai" markalı avtomobillərin ötüşməsi və bu zaman qəzaya uğramaları görünür.

Belə ki, yüksək sürət yığan avtomobillərdən biri prospektdəki piyadanı vurmamaq üçün manevr edərkən idarəetməni itirərək digər maşına çırpılıb. Onlar yol kənarındakı işıqlandırma dirəyini qıraraq yaşıllıq zonaya çıxıblar.

Hadisə zamanı “Kia” markalı avtomobil yanaraq yararsız hala düşüb, digər nəqliyyat vasitəsi də sıradan çıxıb.

Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qəzaya düşən hər iki avtomobilin sürücüsü yolboyu yüksək sürətlə hərəkət ediblər.

Xatırladaq ki, yanvarın 16-da saat 20:40-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Həmin görüntüləri təqdim edirik:

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью