Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hollivud ulduzu Demi Mur keçmiş həyat yoldaşı Eşton Kutçerlə olan nikahı zamanı yataq otaqlarına üçüncü şəxsləri necə daxil etdiklərindən danışıb.
OLAY yazır ki, aktrisa bu addımı yalnız ərini məmnun etmək və evliliyini xilas etmək naminə atdığını etiraf edib.
Mur bildirib ki, bu qərar ona məcburən qəbul etdirilməyib, lakin Kutçerin fantaziyalarını reallaşdırmaq arzusu onu bu səhvə sövq edib:
“Bunun onun tərəfindən məcbur edildiyi kimi başa düşülməsini istəmərəm. O, öz fantaziyalarından danışanda yox demədim. Ona nə qədər əyləncəli, rahat və onun istədiyi kimi bir qadın ola biləcəyimi göstərmək, bu nikahı nə olursa-olsun qorumaq istəyirdim. Münasibətimizi iki fərqli insana açdıq. Onlar pis niyyətli deyildilər, amma bu, böyük bir səhv idi. Həmin addım bizdə saxta bir güc və müvəqqəti həyəcan hissi yaratdı” deyə aktrisa qeyd edib.
Demi Murun sözlərinə görə, bu təcrübə sonradan münasibətlərin tamamilə pozulmasına və xəyanətə yol açıb. Eşton Kutçer ona xəyanət etdikdən sonra üçüncü şəxslərin münasibətə daxil edilməsinin sərhədləri dumanlandırdığını bəhanə gətirərək özünə bəraət qazandırmağa çalışıb. Aktrisa həmin dövrdə Kutçerdən psixoloji asılılıq yaşadığını və nikahlarındakı əsl problemlərlə üzləşməkdən qaçdığını da etiraf edib.