İki nömrəli avtobus hər gün niyə yarım saatdan çox gecikir? Rəsmi AÇIQLAMA | Icma.az
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Bakıda avtobusların interval problemi hələ də həllini tapmayıb.
Xüsusilə pik saatlarda avtobuslar 20 dəqiqə, yarım saat və daha çox ləngiyirlər.
İşinə, evinə gecikən sərnişinlər çarəsiz qaldığı üçün sıxlıqdan yana əyilmiş bu avtobuslarda getməli olurlar.
Sərnişin sıxlığından yaranmış xoşagəlməz qoxunun öhdəsindən heç yenicə işə salınmış kondisionerlər də gəlmir.
İnterval problemi düzəlməyən avtobuslardan biri də 2 nömrəli marşrutdur.
Beynəlxalq Avtovağzal-Nərimanov marşrut xətti üzrə hərəkət edən avtobusu səhər-axşam dəqiqələrlə gözləməkdən bezmiş, səbri tükənmiş yorğun sərnişinlər avtobusda kobudluq edir, sürücü ilə söz savaşına çıxırlar.
Bəs bu marşrut avtobuslarının intervalının çox olmasına səbəb sadəcə tıxaclardırmı?
Nəzərə alsaq ki, eyni xətt üzrə digər avtobuslar müntəzəm hərəkət edir, belə qənaətə gəlmək olar ki, problem məhz qeyd olunan avtobusdadır.
Tam oxu
Xəbəri oxu