Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Bu gün ən aktual məsələlərdən biri pensiya ilə bağlıdır.
Bəzi vətəndaşları ən çox düşündürən məsələlərdən biri odur ki, həm əlliliyə, həm də yaşa görə pensiya ala bilərmi?
Məsələ ilə bağlı hüquqşünas Əlisuvar Rüstəmov "Cebheinfo.az"-a bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüquqları olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir:
“Beləliklə, müxtəlif pensiya almaq hüququ olan şəxs öz istəyi ilə onlardan yalnız birini seçə bilər”.
Nigar
“Cebheinfo.az”