İki ölkə Aİ nin Rusiya neft və qazından imtina planına etiraz edəcək

08.12.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib. O, Aİ-nin niyyətini Macarıstan və Slovakiyaya etibarlı enerji təchizatını qeyri-mümkün edən və qiymətlərin kəskin artmasına səbəb olan diktə adlandırıb. Nazir vurğulayıb ki, Avropa Komissiyası Rusiyadan neft və qaz tədarükünün qadağan edilməsi ilə bağlı konsensusla deyil, səs çoxluğu ilə qərara nail olmaq istəyir ki, bu da Aİ müqaviləsinə tamamilə ziddir.
“Buna görə də, Macarıstan və Slovakiya hökumətləri qərar qəbul edildikdən dərhal sonra məhkəmə prosesi zamanı onun qüvvəsini dayandırmaq və sonradan onu ləğv etmək xahişi ilə Aİ-nin Ədalət Məhkəməsinə müraciət edəcəklər”.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью