İki ölkə arasında 557 milyard dollarlıq ANLAŞMA

20.11.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid bin Əbdüləziz əl-Falih Ər-Riyad və Vaşinqton arasında imzalanan müqavilələrin 557 milyard dollara çatdığını açıqlayıb.

Moderator.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-İxbariyyə kanalına danışan Falih Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumu çərçivəsində ABŞ ilə 242 investisiya müqaviləsi imzaladıqlarını bildirib.

"Səudiyyə Ərəbistanı və ABŞ arasında tərəfdaşlığı gücləndirmək üçün müxtəlif sektorlarda çoxsaylı müqavilələr imzaladıq. Ər-Riyad və Vaşinqton arasında imzalanan müqavilələrin ümumi dəyəri 557 milyard dollara çatdı" - o deyib.

Falih ABŞ-ın Səudiyyə Ərəbistanında ən böyük xarici investor olduğunu qeyd edib və 2025-ci ilin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün əhəmiyyətli bir mərhələ olduğunu bildirib.

Falih qeyd edib ki, 90 ildən çox tarixi olan Səudiyyə-ABŞ münasibətləri qlobal miqyasda əhəmiyyətli təsirə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью