İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan ilə Gürcüstan arasında dostluq, mehriban qonşuluq, qardaşlıq münasibətlərinin tarixi ta qədim zamanlara gedib çıxır.
Əsrlərdən bəri xalqlarımız dostluq şəraitində çiyin-çiyinə yaşayıb. Dövlətlərarası münasibətlər də möhkəm təməl üzərində inkişaf edib.
Hər iki xalqın yaxın əlaqələri zəngin ənənələr üzərində qurulub. Bu ənənələr bu gün də qorunub saxlanılır.
Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən və eyni zamanda ticarət tərəfdaşlarından biridir.Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb.
Keçən müdətdə iki ölkə arasında 123 sənəd imzalanıb.Bakı və Tbilisi qardaşlaşmış şəhərlərdir.
Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri də 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır.Bu müddət ərzində Azərbaycan Prezidentinin Gürcüstana, Gürcüstan prezidentlərinin isə Azərbaycana dəfələrlə səfəri olub.Azərbaycanın xarici siyasətində, o cümlədən, qonşu ölkələrlə bağlı həyata keçirdiyi siyasətində Gürcüstanla münasibətlər hər zaman xüsusi ilə diqqət mərkəzində olub.
Tam oxu
Xəbəri oxu