“İki ölkə arasında qarşıdurma səngimək bilmir” | Icma.az
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq. “İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi diqqəti çəkib.
Xəbər yayılıb ki, fikir ayrılığına görə “Həmas” təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb” Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahbinoğlu qeyd edib.
Onun sözlərinə görə, İsrail mediası dərhal xəbər yayıb ki, “Həmas” ofisini Türkiyəyə köçürüb: “Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb.
Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə Azərbaycan üçün bir o qədər faydalı olar”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu