İki ölkə arasında qarşıdurma yarandı Raketlər işə düşdü | Icma.az
Icma.az, Teleqraf.com saytına istinadən bildirir. Pakistan hərbi qüvvələri Əfqanıstanla sərhəddə yerləşən Xost əyalətinin Əli Şer rayonuna r
Əfqan qüvvələrinin cavabı ilə başlayan qarşıdurma səhər saatlarınadək davam edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb.
Münaqişə səbəbindən bir çox ailə evlərini tərk etməli olsa da, ölən və yaralananlarla bağlı təfərrüatlar paylaşılmayıb.
Hələ ötən ilin dekabrın 24-də Pakistan döyüş təyyarələri Əfqanıstanın Pktika əyalətinin iki ölkə sərhədinə yaxın olan bəzi bölgələrinə hava zərbələri endirib.
Əfqanıstan hökuməti bu hücumlarda mülki şəxslərin hədəf alındığını və əksəriyyəti uşaq və qadın olmaqla, ən azı 46 nəfərin həyatını itirdiyini açıqlayıb.
Bu hücumlara cavab olaraq Əfqanıstan qüvvələri dekabrın 28-də Pakistan ərazisini hədəfə alıb və 19 pakistanlı əsgəri öldürdüklərini açıqlayıblar.
Qeyd edək ki, Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber-Paxtunxva və Bəlucistan kimi əyalətlərində son illərdə terror aktlarının sayı əhəmiyyətli dərəcədə artıb.
Tam oxu
Xəbəri oxu