İki ölkə birlikdə yeni silah hazırlayacaq

15.05.2025

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Britaniya və Almaniya birgə “dərin dəqiqlikli zərbə” silahı hazırlayacaqlar.
Reyting.az
xəbər verir ki, Böyük Britaniyanın Müdafiə naziri Con Healey və onun almaniyalı həmkarı Boris Pistorius Berlində keçiriləcək görüşdə uzaqmənzilli (2000 km-dən çox) silah yaratmaq üçün yeni layihəni açıqlayacaqlar.
Britaniyanın Müdafiə naziri deyib ki, daha təhlükəli bir dünyada NATO və avropalı müttəfiqlər birləşib.
“Reuters” yazır ki, layihənin başlanma vaxtı və ya büdcəsi ilə bağlı əlavə təfərrüatlar yoxdur.
Məlumata görə, nazirlər patrul və kəşfiyyat təyyarələri üçün torpedaların birgə alınmasını da müzakirə edəcəklər. Üstəlik, Almaniyanın Britaniya istehsalı olan hərbi körpülərin alınması ilə bağlı sövdələşmənin də elan ediləcəyi gözlənilir.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью