Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan dünya liderlərinin, Bakının tarixi mərkəzi, UNESCO Dünya İrs Siyahısında olan İçərişəhəri yaxından tanımaq məqsədilə ziyarətləri davam edir.
"Cebheinfo.az" xəbər verir ki, Qana Prezidenti N. Akufo-Addo və Monteneqro Prezidenti Yakov Milatoviç də ərazini ziyarət ediblər.
Ziyarət zamanı hər iki ölkə başçısı təsadüfən İçərişəhərdəki Ənənəvi İncəsənət Mərkəzində qarşılaşıb, söhbət ediblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin