Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Slovakiya və Macarıstan Rusiya qazının idxalına qoyulan qadağaya qarşı Avropa İttifaqının Ədalət Məhkəməsində iki ayrı iddia qaldıracaq və hüquqi hərəkətlərini əlaqələndirəcəklər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko bildirib.
"Birgə iddia mümkün deyil, hər bir ölkə öz iddiasını qaldıracaq", - Fiko qeyd edib.
Onun sözlərinə görə, Macarıstan və Slovakiya "öz hərəkətlərini koordinasiya edəcəklər".
Xatırladaq ki, bazar ertəsi Avropa İttifaqı Şurası 1 yanvar 2027-ci ildən etibarən Rusiyadan Avropa Birliyinə gələn mayeləşdirilmiş təbii qazın (LNG), 30 sentyabr 2027-ci ildən isə boru kəməri qazının tədarükünə tam qadağa qoyulmasını yekun olaraq təsdiqləyib.
Tənzimləmə qaydaların pozulmasına görə ciddi cərimələr nəzərdə tutur. Avropa şirkətləri üçün cərimə əməliyyat dəyərinin 300%-ni və ya illik dövriyyənin 3,5 %-ni təşkil edəcək, fiziki şəxslər üçün isə bu məbləğ ən azı 2,5 milyon avro olacaq.
Daha əvvəl Budapeşt Macarıstanın bu qadağaya Slovakiya ilə birlikdə etiraz edəcəyini bildirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin