Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.
Bildirilib ki, insident Yuxarı Kurram və Qozgərhi sərhəd bölgələrində olub.
Hadisə nəticəsində 7 pakistanlı hərbçi ölüb, 6-sı isə yaralanıb.
“Geo Nyus”un isə verdiyi məlumata görə, Əfqanıstana məxsus hərbi düşərgə məhv edilib və bir neçə əfqanıstanlı hərbçi öldürülüb.
Hazırda ərazidə atışmalar davam etsə də, onların intensivliyi azalıb.