İki ölkənin sakinləri körpüdə bir araya gəldilər

20.09.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, sözügedən körpü Macarıstanın Esterqom şəhəri ilə Slovakiyanın Şturovo şəhərini birləşdirir. Tədbir zamanı körpünün üzərində kruassan, vetçina, pendir və qəhvə ilə onlarla masa qurulub.

Hər iki şəhərdən olan iştirakçılar dil və maraqlarına uyğun olaraq cütlüklər şəklində qruplaşdırılıblar. Bu təşəbbüs qonşu ölkələrin sakinləri arasında yeni əlaqələrin qurulmasına şərait yaradıb.

Mariya Valeriya körpüsünün açılışı 1895-ci ildə baş tutub. 1944-cü ildə geri çəkilən Almaniya qoşunları körpünün üç mərkəzi hissəsini partladıblar. Təxminən 60 il istifadəsiz qalan körpü 2001-ci ildə yenidən istifadəyə verilib.

Macarıstan və Slovakiya arasında 2007-ci ildən etibarən açıq sərhəd rejimi mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью