İki ölkənin sərhədində toqquşma

15.10.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Əfqanıstan administrasiyası Pakistanla sərhəd sayılan Durand xətti yaxınlığında baş vermiş qarşıdurmada 12 dinc sakin və çoxsaylı hərbçinin həlak olduğunu açıqlayıb.

Missiya.Az xəbər verir ki, Əfqanıstanın Spin Boldak bölgəsində Pakistan qüvvələrinin həyata keçirdiyi hücumlarda 12 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Əfqan qüvvələri cavab tədbirləri nəticəsində çox sayda pakistanlı əsgərin öldürüldüyünü bildirir.

Pakistan ordusu isə Əfqanıstanın hücumlarına cavab olaraq 15-20 əfqan hərbçisinin öldüyünü, 23 pakistanlı əsgərin həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, oktyabrın əvvəlindən sərhəddə gərginlik artıb, Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə müvəqqəti atəşkəs əldə olunub.

Seyranə Quliyeva
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью