Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
On yaşlı Yağmurun və beş yaşlı Haziranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Mənsurə Əliyeva məlumat verib.
O bildirib ki, övladlarının müalicəsi üçün yardıma ehtiyacları var: "Yağmurun on yaşı var, o, anadangəlmə ürək qüsuru ilə doğulub.
Doğulduğu gündən müalicələrini etdirsək də, vəziyyəti ağırlaşdığı üçün 2020-ci ildə açıq ürək əməliyyatı keçirib.
Oğlum Haziranın isə 5 yaşı var. Onun nitqində qüsur var. Beş yaşı olsa da, danışa bilmir.
Həkimlər onu vaxtında müalicə etdirsək, səhhətinin yaxşılaşacağını deyirlər".
Gənc ana övladlarının müalicələri üçün dəstəyə ehtiyacları olduğunu deyib: "Yağmurun son dövrlərdə vəziyyəti lap ağırlaşıb.