İki övladını itirən 22 yaşlı qadın pilləkəndən yıxılıb öldü

08.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Ağstafada 22 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qırılı kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Şəhanə İsmayılova yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsini silərkən taxta pilləkəndən yıxılıb. Hadisə nəticəsində ağır-kəllə-beyin travması alan qadın hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, Ş.İsmayılovanın bir yaşlı qızı ötən ay, iki yaşlı oğlu isə keçən il qəfil dünyasını dəyişib.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью