Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Basketbol Liqasında IX turun sabah keçirilməli olan “Şəki” – “Gəncə” və “Sumqayıt” – “Quba” oyunları matəm günü ilə bağlı təxirə salınıb.
Publika.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının məbuat xidməti məlumat yayıb.
2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Son məlumata görə, 32 nəfər sağdır.