İki piyada qəza qurbanı oldu

22.09.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Murad Haqverdi oğlu Mirəzizov idarə etdiyi “Opel Astra” markalı avtomobillə rayonun Zarağan kəndi ərazisində yolu keçən Seyidməmməd İbrahim oğlu  Zəkəriyəyevi vurub.

Piyada hadisə yerində ölüb.

Oxşar hadisə Sumqayıtda da qeydə alınıb. Süleyman Nizami oğlu Müslümov Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobillə yolu keçən piyada Elşad Fehruz oğlu Məmişovu vurub.

Həmin piyada da aldığı xəsarətlərdən vəfat edib.

Hər iki faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью