İki qadın alpinist itkindi, axtarış işləri başladı

19.11.2024

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin Niğdenin Çamardı rayonunda Aladağlara getmək üçün yola çıxan belaruslu alpinist əkiz bacılar  itkin düşüb. 

Sherg.az xəbər verir ki, Belarus əsilli əkiz bacılar Valentina və Mariya İvankovalar noyabrın 17-də Aladağların Yedigöllər məkanına gediblər.

Bir müddət sonra iki bacıdan xəbər gəlməyincə axtarışlara başlanılıb.

AFAD və Jandarma Axtarış-Xilasetmə (JAK) qrupu bölgəyə sövq edilib.

Bölgəyə çatan qruplar qadın alpinistləri tapmaq üçün havada və quruda axtarışa başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью