Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın paytaxtı Romada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin son yarış günündə Azərbaycan millisinin iki üzvü finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova həlledici qarşılaşmada Almaniya təmsilçisi Sara İşt ilə üz-üzə gələcək.
52 kq çəki dərəcəsində çıxış edən Aydan Vəliyeva isə qızıl medal uğrunda meydan sahibi İlariya Finestrone ilə qarşılaşacaq.
Beləliklə, Azərbaycan cüdoçuları ən azı iki gümüş medalı təmin ediblər.