İki qardaş qəzaya düşdü

15.12.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki nəqliyyat vasitələri toqquşub. Nəticədə onlardan biri idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Biləsuvar rayonun İsmətli kənd sakinləri Əfqan Qarayev və qardaşı Nadir Qarayev xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью