İki qitəni birləşdirəcək “Putin Tramp” tuneli tikilə bilər

11.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Amerikalı milyardere məxsus “Boring Company” şirkəti Rusiya ilə ABŞ arasında tunel tikintisinə başlamalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev çıxış edib.

Dmitriyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib:

“The Boring Company” üçün Rusiya və ABŞ-ni, Avrasiya və Amerikanı birləşdirəcək “Putin — Tramp” tunelinin tikintisinə başlamaq vaxtı çatıb”.

O, paylaşımında Berinq boğazının altından keçə biləcək tunelin təxmini sxemini də təqdim edib. Layihə reallaşacağı təqdirdə iki qitəni birləşdirərək dünyanın ən böyük infrastruktur təşəbbüslərindən birinə çevriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью