İki qonşu ölkə yaxınlaşdı, gözlər Bakıya çevrildi İsrail detalı | Icma.az
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə ilə İran arasında son dövrlər müşahidə olunan diplomatik yumşalma regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir və proses Bakıda xüsusi diqqətlə izlənilir.
Ankara-Tehran münasibətlərindəki bu hərəkətlilik Azərbaycanın regional balans siyasətinə birbaşa təsir edə biləcək amillərdən biri kimi dəyərləndirilir.
Xüsusilə də hər iki ölkənin rəsmi anti-İsrail mövqeyi fonunda Bakının Təl-Əvivlə yaxın əlaqələri bir sıra suallar doğurur.
Türkiyə–İran yaxınlaşması Azərbaycan üçün narahatlıq doğuran proses kimi qəbul olunur, yoxsa bu, daha çox yeni manevr imkanları yaradır?
Belə bir yaxınlaşma ölkəmizin təhlükəsizlik arxitekturasına və İsraillə əməkdaşlıq xəttinə necə təsir göstərə bilər?
Cənubi Qafqazda dəyişən diplomatik mənzərə fonunda Bakı öz siyasətini hansı istiqamətdə yeniləməli və Ankara–Tehran xəttində balansı necə qorumalıdır?
Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, əslində Azərbaycan dövləti bu sualların cavabını öz yanaşması ilə artıq göstərib: “İkinci Qarabağ müharibəsindən sonra biz Cənubi Qafqaz və qonşu dövlətlərlə 3+3 formatında əməkdaşlıq təklif etmişik.
Tam oxu
Xəbəri oxu