Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qroznı yaxınlığında AZAL-ın mülki təyyarəsi Rusiya ordusuna məxsus “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən iki raketlə vurulub.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı “ВЧК ОГПУ” teleqram kanalı yayıb.
Hadisə ilə bağlı yayılan yeni detallar Rusiyanın hərbi koordinasiyasındakı ciddi problemləri üzə çıxarır.
Raketlərin atılması: zaman cədvəli dəqiq müəyyən edilib Hadisə zamanı “Pantsir” sistemindən iki raket atılıb.
Komandirin sözlərinə görə, ilk raket 08:13:30-da, ikinci raket isə 08:13:40-da buraxılıb. Raketlər 08:13:50 və 08:14:30-da partlayıb.
Sonuncu partlayış mülki təyyarəyə dəyib. Raketlərin atılması əmrini isə Rostovdan Borisov soyadlı rus komandir verib.
Elektron müdafiə sistemi hər şeyi “kor” etdi Hadisənin əsas səbəblərindən biri güclü elektron müdafiə sisteminin təsiri olub.