Icma.az, Sonxeber.az saytına istinadən bildirir.
İki rayonda ev yanıb
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Sabirabadda və Göyçayda fərqli yaşayış evlərində yanğın baş verib.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabirabad rayonunun Hacıbəbir kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göyçay rayonunun Bığır kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255