İki rayonda KIA markalı avtomobillər qaçırıldı Saxlanılanlar var

30.11.2024

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İki rayonda KIA markalı avtomobillər qaçırıldı - Saxlanılanlar var

Noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən KIA markalı avtomobilin qaçırılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb.

Bundan başqa, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən KIA markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью