İki rayonda Qarabağ Universitetinin filialı açılacaq

10.12.2024

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması nəzərdə tutulur".

Ölkə.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Xankəndidə işlərimiz davam edir. Musiqi və incəsənət, turizm fakültəsinin burada olması, həmçinin Şuşada turizm fakültəsinin, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində filialının yaradılması isə hələ ki nəzərdə tutulmur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью