İki rayonda qaz olmayacaq | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində, Xəzər rayonu, Binə qəsəbəsində, Suraxanı rayonu, Əmircan qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 03.04.2025-ci il saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Qaz təchizatı dayandırılan müddətdə Binə qəsəbəsinin (11H saylı sahə), Əmircan qəsəbəsinin (A.Rzayev küçəsi), "Mərdəkan Bağları", "Stansiya-Qala" və "Mərdəkan yeni yaşayış" massivlərinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu