İki Respublikaçı senator Trampa yox , Zelenskiyə hə dedi ABŞ və Ukrayna liderlərinin Ağ Ev…
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Yuta ştatının Respublikaçılar Partiyasından olan amerikalı senator Con Körtis Ukrayna Prezidenti Volodimir Zelenski ilə münaqişədə ölkə Prezident Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vensi dəstəkləməkdən imtina edən azsaylı respublikaçılardan biri olub.
RBK xəbər verir ki, senator dünən Ağ Evdə siyasətçilər arasında baş verən söz atışmasından sonra Ukraynanı dəstəklədiyini bildirib.
“Görünür, bu gün Oval kabinetdə diplomatiya və dövlətçilik sınaqdan keçirilib.
Ukrayna azad bazarlar, azad söz və azad insanlar yolunda – Qərb dəyərləri uğrunda mübarizədə müttəfiqdir.
Ümid edirəm ki, ölkələrimiz danışıqlar masasına qayıdıb ədalətli və davamlı sülh perspektivlərini irəliləddə biləcəklər”, - Körtis “X” sosial şəbəkəsində yazıb.
Ondan başqa, digər amerikalı siyasətçi, ABŞ Nümayəndələr Palatasının üzvü Brayan Fitspatrik də Ukraynaya dəstək ifadə edib.
O, ABŞ və Ukrayna nümayəndələrinin Ağ Evdəki görüşünü “ürək parçalayan” adlandırıb.
Tam oxu
Xəbəri oxu