İki saat ərzində 6 PUA vurulub

17.03.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya hava hücumundan müdafiə sistemləri iki saat ərzində Volqoqrad, Rostov və Tula vilayətləri üzərində altı Ukrayna PUA-nı məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu il martın 16-da, Moskva vaxtı ilə saat 20:25-dən 22:20-dək Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”. Departamentdən bildirilib ki, onlardan üçü Volqoqrad vilayəti üzərində, ikisi Rostov vilayəti ərazisi üzərində və biri Tula vilayəti üzərində vurulub.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью