İki şahmatçımız Daşkənddə mübarizə aparacaq

19.03.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah Daşkənddə Mərkəzi Asiyanın ilk qrossmeysteri Georgi Ağzamovun Memorialı start götürəcək. Sport24.az xəbər verir ki, Özbəkistanın paytaxtında 22 ölkədən 189 şahmatçı mübarizə aparacaq.

Onların arasında Azərbaycan şahmatçıları Eltac Səfərli və Rəvan Əliyev də var.

Güclü iştirakçılar toplayan turnirin reytinq favoriti hindistanlı Nihal Sareendir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью