İki şahmatçımız qələbə ilə davam edir

27.02.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, ikinci turda Azərbaycan təmsilçiləri iki qələbə qazanıblar.

Ayan Allahverdiyeva Aleksandra Tarasenkoya (FIDE), Şiroğlan Talıbov isə Filip Luzaka (Polşa) qalib gəliblər. Hər ikisinin hesabında 2 xal var.

Xəzər Babazadə Roa Kordoba (Kolumbiya) ilə heç-heçə edib, Nərmin Abdinova isə Şri Savitə (Hindistan) məğlub olub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью