İki seçki dairəsinin hər biri üzrə 1 əlavə seçki məntəqəsi yaradıldı

09.12.2024

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq, 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin hər biri üzrə 1 əlavə seçki məntəqəsi yaradılmasına qərar verilib.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, seçki ilə bağlı fəaliyyət aktivləşib: "Artıq bəzi dairələrin tərkibində məntəqələrdə müəyyən dəyişikliyə zərurət yaranıb. Yeni seçki məntəqələrinin yaradılmasına zərurət yaranıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью