İki seçki dairəsinin hər biri üzrə yeni seçki məntəqələri yaradıldı

09.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq, 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin hər biri üzrə 1 əlavə seçki məntəqəsi yaradılmasına qərar verilib.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, seçki ilə bağlı fəaliyyət aktivləşib: "Artıq bəzi dairələrin tərkibində məntəqələrdə müəyyən dəyişikliyə və yeni seçki məntəqələrinin yaradılmasına zərurət yaranıb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью