İki seçki dairəsinin hər biri üzrə yeni seçki məntəqələri yaradılıb

09.12.2024

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Seçicilərin sayının artım dinamikası ilə əlaqədar 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin hər biri üzrə bir əlavə seçki məntəqəsi yaradılmasına qərar verilib. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, seçki ilə bağlı fəaliyyət aktivləşib: "Artıq bəzi dairələrin tərkibində məntəqələrdə müəyyən dəyişiklik zərurətindən yeni seçki məntəqələri yaradılıb".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью