İki şəhərdə şiddətli döyüş: Rus ordusu ağır itki verdi

28.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Ukraynanın Donetsk vilayətinin Çasiv Yar və Toretsk şəhərlərinin ərazilərində Rusiya qoşunları ilə şiddətli döyüşlər gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Xortitsa” qoşun qrupu məlumat yayıb.

Ruslar artilleriyanın dəstəyi ilə Kramatorsk və Toretsk istiqamətlərində mövqelərə hücumu davam etdirirlər. Çasiv Yar və Toretsk ərazisində şiddətli döyüşlər gedir.

Cəbhə xəttində ən qaynar nöqtə vilayətin Pokrovsk istiqamətidir.

Şerbinivka, Xarkov, Kupyan, Liman və digər istiqamətlərdə Rusiya ordusunun hücumlarının dəf edildiyi bildirilib. “Xortitsa” rusların bütün istiqamətlərdə ağır itkilər verdiklərini də açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью