Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda fəaliyyət göstərən iki iri qurum – “AZƏR PAK” Məhdud Məsuliyyətli Cəmiyyəti və "Avropa Tibb Sistemləri" MMC-nin Azərbaycandakı nümayəndəliyi təşkilati-hüquqi statuslarında baş verən dəyişikliklərlə bağlı rəsmi elan verib.
“Yeni Sabah” xəbər verir ki, “AZƏR PAK” MMC (VÖEN: 3100013691) nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edib. Şirkətin nizamnamə kapitalı 8 milyon 185 min manatdan 7 milyon 530 min 200 manata endirilir.
Qərarla əlaqədar kreditorlar öz tələblərini bir ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov küçəsi, ev 8, ofis 14C ünvanına bildirməlidirlər. Online shopping Azərbaycan
Diğər tərəfdən, "Avropa Tibb Sistemləri" MMC-nin Azərbaycandakı nümayəndəliyi (VÖEN: 1805979131) ləğv olunduğunu bəyan edib.
Qurumun ləğvi ilə bağlı kreditorlara tələblərini təqdim etmək üçün iki ay vaxt verilib. Tələblər AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları küçəsi, mənzil 4546 ünvanında qəbul olunur.
Cəlalə Cəlalqızı